fev
2024
10:38
116

Şəkidə avtomobillər toqquşdu, ÖLƏN VAR

9 fev, 2024
10:38
116

Şəkidə avtomobillər toqquşdu, ÖLƏN VAR

Şəkidə iki avtomobil toqquşub.

Den.az xəbər verir ki, hadisə rayonun Qoxmuq kəndində qeydə alınıb. 

1949-cu il təvəllüdlü Çingiz Səmədovun idarə etdiyi "Mercedes E-190" markalı avtomobillə hərəkətdə olarkən 1990-ci ildə təvəllüdlü Çingiz Abbaszadənin idarə etdiyi "Hyundai i30" markalı avtomobillə toqquşub.

Nəticədə Ç.Səmədov fevralın 8-də aldığı xəsarətlərdən müalicə aldığı Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində ölüb.

Faktla bağlı cinayət işi açılıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar