Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq etmək niyyətində olduğunu bildirib.
Bu barədə Azərbaycan XİN rəhbəri Tokioda yaponiyalı həmkarı Tosimitsu Motegi ilə danışıqların yekunlarına dair açıqlamasında deyib.
Bayramovun sözlərinə görə, təşəbbüs iki ölkə arasında səfərlərin sadələşdirilməsinə, işgüzar əlaqələrin inkişafına, turizmin stimullaşdırılmasına və Azərbaycanla Yaponiya arasında humanitar əlaqələrin möhkəmləndirilməsinə yönəlib.

