ABŞ-ın Bakıdakı səfirliyi İranın Naxçıvana dron hücumlarını pisləyib.
Bu barədə səfirliyin X sosial şəbəkəsində yayılan bəyanatında bildirilib.
Açıqlamada qeyd olunub ki, ABŞ Azərbaycan xalqı ilə tam həmrəylik nümayiş etdirir və baş verən hadisələri diqqətlə izləyir.
“ABŞ Azərbaycan xalqı ilə tam həmrəydir. ABŞ-ın Bakıdakı səfirliyi hadisələrin inkişafını diqqətlə izləyir”, — deyə bəyanatda qeyd olunub.

