Fransa və İtaliya gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək üçün İranla danışıqlara başlayıb.
Bu barədə Financial Times məlumat yayıb. Nəşr qeyd edir ki, danışıqlar hələ ilkin mərhələdədir və konkret nəticələrə zəmanət verilmir.
Bildirilir ki, tərəflər əsasən Avropa ölkələrinə məxsus gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidi məsələsini müzakirə edir.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Hörmüz boğazından keçən gəmilər İran Hərbi-Dəniz Qüvvələri ilə razılaşdırılmalıdır.
O qeyd edib ki, ABŞ və İsrailin bölgədə yaratdığı gərgin təhlükəsizlik vəziyyəti gəmi hərəkətinə mənfi təsir göstərə bilər, lakin Tehran Hörmüz boğazının təhlükəli bölgəyə çevrilməsini istəmir.

