ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bildirib ki, KC-135 yanacaqdaşıyan hərbi təyyarəsi İrana qarşı keçirilən hərbi əməliyyat zamanı itirilib.
Qurumun məlumatına görə, hadisə “Epik Qəzəb” əməliyyatı çərçivəsində baş verib.
İnsident dost hava məkanında baş verib və hadisəyə iki hava gəmisi cəlb olunub.
ABŞ hərbçilərinin açıqlamasına görə, təyyarələrdən biri İraqın qərbində qəzaya uğrayıb, digəri isə uğurla eniş edib. Hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır.
Hərbi qurum vurğulayıb ki, hadisə nə düşmən atəşi, nə də dost atəşi ilə əlaqədardır.

