BMT-nin keçmiş xüsusi nümayəndəsi Virciniya Qamba artıq təşkilatın baş katibi postuna namizədlər sırasında deyil.
Bu barədə RIA Novosti məlumat verir.
Bildirilib ki, Maldiv adaları onun namizədliyini geri götürüb və bu barədə BMT-ni rəsmi şəkildə məlumatlandırıb.
“79/237 saylı qətnaməyə uyğun olaraq, xanım Qambanın namizədliyi 25 mart 2026-cı il tarixindən avtomatik geri çəkilmiş hesab olunur.”
Bu açıqlamanı BMT Baş Assambleyasının 80-ci sessiyasının sədrinin ofisinin nümayəndəsi La Neys Kollinz səsləndirib.

