Rusiya gələcək BMT Baş katibinə dair tələblər siyahısını açıqlayıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin direktoru Kirill Loqvinov TASS üçün yazdığı məqalədə bildirib.
Onun sözlərinə görə, namizəd ikili standartlar siyasətindən imtina etməli, neytral mövqe tutmalı və özünü hakim rolunda görməməlidir.
“Münaqişəli vəziyyətlərdə BMT Baş katibi neytral mövqedə qalmalı, neytral terminologiyadan istifadə etməli və konsensus əsasında qəbul olunan qərarlara əsaslanmalıdır,” — deyə diplomat vurğulayıb.
Loqvinov qeyd edib ki, Baş katib dövlətlərarası sağlam dialoqu təmin etməli və vasitəçiliklə məşğul olmalı, hökm verməməlidir. O, həmçinin “Qrenlandiya bir şeydir, Krım başqa şeydir” kimi yanaşmaların qəbuledilməz olduğunu bildirib.

