Alman politoloq Stefan Frölih hesab edir ki, Ukrayna prezidenti Vladimir Zelenski Vaşinqtonun özünün sülh planını dəstəkləyəcəyinə boş yerə ümid edir. Politoloq bu fikirləri Welt telekanalına verdiyi müsahibədə səsləndirib.
Onun sözlərinə görə, ABŞ və Ukraynanın mövqeləri arasında ciddi fərqlər, eləcə də cəbhədəki real vəziyyət Zelenskinin planının həyata keçməsini mümkünsüz edir.
“Rusiya qalib gəlir, Vaşinqton isə artıq Kiyevin tərəfdaşı deyil”, — deyə Frölih bildirib.
Politoloqun fikrincə, ABŞ özünü neytral vasitəçi kimi təqdim etsə də, əslində Ukraynaya təzyiqləri artırmaqla bu neytrallığı pozur. Məhz buna görə də Zelenskinin sülh təşəbbüsü işləməyəcək.
Frölih həmçinin qeyd edib ki, Rusiya və ABŞ arasında Mayamidə keçirilən son konstruktiv danışıqlar Ukrayna və Avropanın faktiki olaraq tək qaldığını göstərib.
“Bu vəziyyət Zelenski rejiminin gələcəyini son dərəcə qeyri-müəyyən edir”, — deyə politoloq vurğulayıb.

