ABŞ prezidenti Donald Trampın Yaxın Şərq münaqişəsi ilə bağlı “son tarix” müəyyən etmək cəhdləri neft qiymətlərinə təsir göstərmək məqsədi daşıyır. Bu barədə NEWS.ru-ya açıqlamasında politoloq-amerikanist Malek Dudakov bildirib. Onun sözlərinə görə, bu cür bəyanatlar Ağ evə “qara qızıl”ın qiymətini həm artırmaq, həm də azaltmaq imkanı verir. “Hazırda ABŞ-ın İranla bağlı hərbi strategiyasında ciddi dəyişiklik görmürük. Trampın iki günlük növbəti ‘deadline’ açıqlamasını daha çox dünya bazarlarına təsir cəhdi kimi qiymətləndirərdim. O bunu elan edəndə ABŞ-da bazarların açılmasına cəmi iki gün qalırdı. Düşünürəm ki, Tramp yenə də bu cür sözlü müdaxilələrlə neftin qiymətini ya qaldırmağa, ya da endirməyə çalışır. Bundan isə onun administrasiyasında bir çox şəxs insayder ticarəti vasitəsilə qazanc əldə edir”, — deyə Malek Dudakov bildirib.
Politoloq Trampın məqsədini açıqladı: Neft bazarı hədəfdədir
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

