Uzun müddətdir qaraciyər çatışmazlığı səbəbindən müalicə alan aktyor Ufuk Özkana orqan köçürülməsi aparılıb.
Medipol Sağlık Grubunun Orqan Köçürülməsi Bölməsinin yaydığı məlumata görə, həkimlər Özkanın 11 saat davam edən çətin əməliyyat keçirdiyini, qaraciyər köçürülməsinin uğurla tamamlandığını və sənətçinin vəziyyətinin yaxşı olduğunu bildiriblər.
Köçürmə əməliyyatında donor olaraq Salih Kıvırcık iştirak edib. Əməliyyatı Prof. Dr. Murat Dayangaç, Prof. Dr. Onur Yaprak və Doç. Dr. Cenk Şimşekdən ibarət komanda həyata keçirib.
Açıqlamada fikirlərinə yer verilən Prof. Dr. Onur Yaprak bildirib:
“Türkiyənin dörd gözlə gözlədiyi əməliyyatı bu gün həyata keçirdik. Əməliyyat zamanı gözlənilməz hər hansı ağırlaşma ilə qarşılaşmadıq.”
Yaprak qeyd edib ki, Özkan bu gecəni reanimasiya şöbəsində keçirəcək.

