Hollivud aktyoru və rejissoru Robert De Niro ABŞ Prezidenti Donald Tramp barədə növbəti dəfə kəskin açıqlama verib.
O, MSNBC kanalında yayımlanan “The Best People with Nicolle Wallace” podkastına müsahibəsində hazırkı dövlət başçısını “axmaq” adlandırıb və onun ölkəyə ciddi zərər vurduğunu bildirib.
De Nironun sözlərinə görə, Tramp Amerika üçün real təhlükədir və onun siyasi kursu dövlətin fundamental dəyərlərini sarsıdır.
Aktyor MAGA hərəkatının tərəfdarlarını da tənqid edərək qeyd edib ki, vətənpərvərlik yalnız bir siyasi qüvvəyə məxsus deyil:
“İstəmirəm ki, hamı MAGA bayraqları və Amerika bayraqları ilə gəzsin, guya təkcə onlar amerikalıdır. Biz də amerikalıyıq.”
The Independent nəşri xatırladır ki, bu, De Nironun Trampı ilk dəfə tənqid etməsi deyil. O, daha əvvəl Kann Film Festivalında çıxışı zamanı Trampı “Amerikanın Fələstin prezidenti” adlandırmışdı.

