Teleaparıcı və aktrisa Yuliya Vısotskayanın biznesinin 2025-ci ilin yekunlarına görə 164 milyard rubl gəlir gətirdiyi bildirilir. Media onun gəlirləri, biznes fəaliyyəti və şəxsi həyatı ilə bağlı detalları açıqlayıb.
KP.RU nəşri kontragentlərin yoxlanılması xidməti Rusprofile Biznesə istinadən yazır ki, Yuliya Vısotskaya ümumilikdə 67 şirkətin təsisçisidir.
Nəşrin məlumatına görə, bu şirkətlərin xalis gəliri 6,7 milyard rubldan çox olub. Müəssisələrin böyük hissəsi — 53 şirkət dərmanların pərakəndə satışı üzrə ixtisaslaşıb. Qalan şirkətlər isə kino, restoran biznesi, yemək çatdırılması və icarə fəaliyyəti ilə məşğuldur.
Məlumata görə, “Sladkoye Solenoye” qənnadı mağazasının gəliri 1,5 dəfə artaraq 24,5 milyon rubla çatıb. “Kulinarnaya Studiya Universitet” MMC-nin mənfəəti isə əksinə, iki dəfə azalaraq 696 min rubl təşkil edib. “Edim doma!” şousu ilə əlaqəli studiya isə mənfəətini 53,6 milyon rubla qədər artırıb.
Yuliya Vısotskayanın şəxsi həyatı
Yuliya Vısotskaya ilk dəfə aktyor Anatoli Kotla ailə qurub. Lakin onların nikahı formal xarakter daşıyıb. Vısotskaya Yanka Kupala teatrında işləməyə dəvət alanda ona Belarus vətəndaşlığı lazım olub və bu səbəbdən Kotla nikah rəsmiləşdirilib.
1998-ci ildə Vısotskaya RSFSR xalq artisti Andrey Konçalovski ilə evlənib. Konçalovski ondan 36 yaş böyükdür. Cütlüyün iki övladı var — qızı Mariya və oğlu Pyotr.
2013-cü ilin oktyabrında Konçalovski Fransanın cənubunda avtomobil qəzasına düşüb. Rejissor idarəetməni itirib, həmin vaxt avtomobildə olan 14 yaşlı qızı Mariya ağır xəsarət alıb. Media məlumatlarına görə, qız 12 ildir komadadır.
Aktrisa Fametime TV-yə müsahibəsində təslim olmaq niyyətində olmadığını və qızı üçün sona qədər mübarizə aparacağını bildirib.
“Biz qəzaya düşdük, Marusya arxa oturacaqda kəmər taxmamışdı və ağır xəsarət aldı. Mübarizə aparmaq lazımdır. Başqa variant yoxdur. Kiçik addımlarla da olsa, irəli getmək lazımdır. Biz mübarizə aparırıq, həyatımız necə davam edə bilirsə, elə də davam edir. Və biz sonadək mübarizə aparacağıq”.
Vısotskaya həmçinin müsahibədə bildirib ki, o və Konçalovski dörd il əvvəl bir qız uşağını övladlığa götürüblər.

“Biz tez-tez kimisə oğulluğa və ya qızlığa götürmək barədə düşünürdük. Və bu yaxınlarda həyatımızda belə bir möcüzə yarandı — Sonya. Sonyanın dörd yaşı var. Biz bunu çox gizlətmirdik, amma afişa da etmirdik. O, doqquz günlük olanda bu möcüzə baş verdi. Uşaqlar yad olmur”.
Vısotskaya reseptlərinə görə niyə tənqid olunmuşdu?
2023-cü ildə internetdə “Edim doma!” proqramının köhnə buraxılışları yenidən müzakirə olunmağa başlayıb. Sosial şəbəkə istifadəçiləri pomidorların yanması, sırniklərin dağılması və şiş kababın qaralması ilə bağlı reseptləri lağa qoyublar.

Yuliya Vısotskaya sonradan etiraf edib ki, bu tənqid onun biznesinə də təsir göstərib.
“Düşünürəm ki, biznes baxımından biz bunu hiss etdik. Yəni tərəfdaşlar və bizi tərəfdaş kimi nəzərdən keçirə biləcək bəzi insanlar yaranan neqativə görə bizimlə əlaqəli olmaq istəmədilər. Bəli, reputasiya risklərimiz oldu”.
Aktrisa pomidorları sobada bişirərkən səhvə yol verdiyini qəbul edib. Lakin onun fikrincə, həmin resept üzrə hazırlanan sırniklər onsuz da yumşaq və axıcı olmalı idi.

