Kanal D-nin yeni serialı “Daha 17” tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Serialda Teoman obrazını canlandıran gənc aktyor Ata Yaşat isə bu rolla diqqət mərkəzinə düşüb.
Aktyor həm seriala, həm də özünə göstərilən maraqdan məmnun olduğunu bildirib.
Ata Yaşat “Daha 17”nin ən çox danışılan simalarından birinə çevrilməsi ilə bağlı danışarkən, sosial şəbəkələrdə Teoman obrazına gələn reaksiyaları izlədiyini deyib.
“Əvvəlcə çox təşəkkür edirəm. Bu, əlbəttə, ssenarimiz, rejissorumuz və komanda yoldaşlarımın sayəsində olur. Gələn reaksiyaları təbii ki, izləyirəm. ‘Teomana tam üzüləcək kimi oluruq, əsəbiləşirik, sonra gülürük, ardınca yenidən üzülürük’ kimi şərhlər görürəm. İnsanları fərqli duyğulara aparmaq məni çox xoşbəxt edir”, — deyə o bildirib.
Aktyor indiyə qədər tamaşaçılardan aldığı ən maraqlı şərhi də bölüşüb.
Onun sözlərinə görə, ən diqqətçəkən şərhlərdən biri belə olub: “Teo, səni müdafiə etməyə çalışırıq, amma sən də cəhənnəmə gedə bilməyəcəksən deyə qorxursan!” Ata Yaşat Teomanı həm sahiblənib, həm də “dəccala” bənzətmələrinin onu çox güldürdüyünü deyib.
“Adam bir yerdə dayanmalıdır!”
Teomanın həm özünəinamlı, həm də təkəbbürlü obraz kimi görünməsinə toxunan aktyor, onun ən sevmədiyi xüsusiyyətinin sərhəd tanımaması olduğunu bildirib.
“Bəzən mən də ‘adam bir yerdə dayanmalıdır’ deyirəm. Ən sevdiyim xüsusiyyəti isə bütün bunları edərkən əylənməsidir. Amma həqiqətən çox əylənir”, — deyə Ata Yaşat qeyd edib.
Aktyor Teomanın daxilindəki saf, yaxşı niyyətli uşaq tərəfinin hiss olunmasını da sevdiyini deyib.
Teomanın “özünü Bodrumun sahibi sanan” davranışının onu oynayarkən əyləndirdiyini bildirən Ata Yaşat əlavə edib ki, obrazın yaşadığı vəziyyət bir növ güc zəhərlənməsidir.

“Əyləndirir, əlbəttə. Kim Bodrumun sahibi olmaq istəməz? Bu günə qədər heç kim ona qarşı çıxmağa cəsarət etməyib. Belə bir güc zəhərlənməsi var. Bunu canlandırmağın əyləncəli tərəfi də var”, — deyə aktyor bildirib.
Teomanın narsist xarakter olmasının aktyorluq baxımından həm çətin, həm də maraqlı olduğunu deyən Ata Yaşat qeyd edib ki, bu obrazın özünü sevməsi psixoloji travmalardan qaynaqlanır.
“Bence hər kəs bu həyatda özünü sevməlidir, hətta çox sevməlidir. Amma Teomanınkı çox yüksəkdir və əsası psixoloji travmalardan gəldiyi üçün dozanı artırmalı oluram. Ona görə yaradılış prosesi bəzən çətin ola bilir. Yoxsa düzünü desəm, mən də özümü sevərəm, yaxşı oğlanam”, — deyə o bildirib.
Aktyorun sözlərinə görə, tamaşaçılar növbəti bölümlərdə Teomana həm qəzəblənəcək, həm də onu daha yaxşı anlayacaqlar.
“İki duyğunu da irəlidəki bölümlərdə tamaşaçılar çox yaşayacaq. Amma zamanla onun hekayəsinə şahid olduqları üçün Teomanın haqlı tərəflərini görüb onu daha yaxşı anlayacaqlar”, — deyə Ata Yaşat qeyd edib.
O, Teoman barədə tamaşaçıları təəccübləndirəcək məqamlardan da danışıb.
“Düzünü desəm, onun pis biri deyil, pisliyə tərk edilmiş biri olduğunu hər kəsin daha çox anlayacağını düşünürəm. Çünki o, məsumiyyəti sui-istifadə edilmiş bir uşaqdır”, — deyə aktyor vurğulayıb.
“Bodrumun gözəlliyi enerjimizə yansıyır”
Serialın Bodrumda çəkilməsinin atmosferə təsirindən danışan Ata Yaşat bildirib ki, Bodrumun gözəlliyi çəkiliş heyətinin enerjisinə də təsir edir.
“Bodrum çox gözəl yerdir. Hazırda Bodrumda iş mərkəzli yaşasam da, çəkiliş apardığımız yerlərin gözəlliyinə heyran qalıram. Bu da istər-istəməz enerjimizə yansıyır”, — deyə o bildirib.
Set arxasında da çox səmimi mühit olduğunu deyən aktyor komanda ilə yaxın münasibət qurduğunu bildirib.
“Bu qədər səmimi olacağımızı həqiqətən düşünmürdüm. Amma indi onlarla vaxt keçirərkən, setdə olarkən, işləyərkən o qədər zövq alıram ki... Hamısı mənə çox yaxın oldu. Birlikdə həqiqətən çox şey paylaşdıq və çox əylənirik”, — deyə Ata Yaşat söyləyib.
Teomanla özünün ortaq tərəflərinin olduğunu deyən aktyor bildirib ki, o da zövq almadığı işləri görməkdə çətinlik çəkir və istədiyi şeylərin əyləncəli tərəfinə baxmağa çalışır.

“Teo ilə Atanın ortaq yönləri əlbəttə var. Mən də zövq almadığım şeyləri edərkən çətinlik çəkirəm, istəyərək etdiyim hər şeyin də həmişə əyləncəli tərəfinə baxıram. Bu, əlbəttə, real həyatda başqasına zərər vermək deyil. Amma Teomanın motivasiyasını anlaya bilirəm. İnsan bəzən stəkanın əyləncəli tərəfini də görə bilməlidir”, — deyə o qeyd edib.

Sosial şəbəkələrdə bəzi tamaşaçıların Teomana əsəbiləşdiyini, bəzilərinin isə onu çox xarizmatik hesab etdiyini deyən aktyor bu reaksiyalardan məmnun olduğunu bildirib.
“Bu, mənim çox xoşuma gəlir. Əsəbiləşdikləri yer, deməli, obrazın hissini tamaşaçıya ötürə bilmişəm. İlk dəfə obrazla tanış olduğumdan bəri istədiyim şey tamaşaçıya roller coaster hissi yaşatmaq idi. Ona görə bu məni çox xoşbəxt edir”, — deyə Ata Yaşat bildirib.

