avq
2023
19:18
139

Əsirlikdə olan hərbçilərimiz nə vaxt qaytarılacaq? - AÇIQLAMA

4 avq, 2023
19:18
139

Əsirlikdə olan hərbçilərimiz nə vaxt qaytarılacaq? - AÇIQLAMA

Bildiyimiz kimi, aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan ərazisinə keçən Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılaraq barələrində hökm çıxarılıb.

Hazırda hərbçilərimizin aqibəti ilə bağlı heç bir məlumat yoxdur.

Mövzuyla bağlı hərbi ekspert Ramil Məmmədli Den.az-a danışdı.

Onun sözlərinə görə, bu barədə mediada məlumatlar az gedir:

“Hesab edirəm ki, Azərbaycan və Ermənistan arasında əsirlərin və girovların dəyişdirilməsi ilə bağlı məsələlərə yekun vurulmalıdır. Bu problem öz həllini tapmalıdır. Azərbaycan əsir və girovların dəyişdirilməsi ilə bağlı bir sıra addımlar atıb. Səhv etmirəmsə, sonuncu danışıqlarda da əsirlərin dəyişdirilməsi ilə bağlı müəyyən razılaşmalar əldə olunmuşdu. Təəssüf ki, Ermənistan tərəfi bu məsələdə qeyri-adekvat mövqe nümayiş etdirir. Hesab edirəm ki, Azərbaycan ictimaiyyəti və ictimai təşkilatları bu prosesdə olduqca passiv reaksiya nümayiş etdirirlər. Əsirlikdə olan Azərbaycan vətəndaşlarının, hərbçilərinin azadlığa buraxılması istiqamətində aparılan işlərdə aktivlik nümayiş etdirmirlər. Yəni Azərbaycan ictimaiyyətinin nümayəndələri, ictimai təşkilatlar Ermənistanın bu hərəkəti ilə bağlı ən azı beynəlxalq təşkilatlarla danışıqlar aparmalı və beynəlxalq təşkilatlara öz şikayətlərini bildirməlidirlər. Təxminən dörd ay bundan əvvəl əsir götürülüb və dörd ay ərzində bir addım belə atılmır. Ailə üzvləri olduqca çox pis vəziyyətdədirlər".

R.Məmmədli qeyd etdi ki, Azərbaycan dövləti bu əsirlərin qaytarılması ilə bağlı lazım olan tədbirləri həyata keçirir.
"Danışıqlar prosesində də Azərbaycan prezidenti bu məsələ ilə bağlı öz fikrini bildirib, açıqlamasını verib. Çox təəssüf ki, bizim ictimai təşkilatlar bu məsələ ilə bağlı yetərli addım atmırlar. Bir sözlə ictimai təşkilatlar, qeyri hökumət təşkilatları, bu məsələdə ağızlarına su alıb durublar. Demirəm ki, ictimai nümayiş etsələr nəyəsə nail olunacaq, amma ən azından müəyyən nəticə əldə etmək mümkündür”, - deyə o, vurğuladı.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar