Sumqayıtda təhsil ictimaiyyətinə ağır itki üz verib.
Denmedia.az xəbər verir ki, Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin direktoru Fatma Bayramova uzun sürən xəstəlikdən sonra vəfat edib.
1978-ci il təvəllüdlü Fatma Bayramova yaşadığı evdə dünyasını dəyişib.
Onun vəfatı çalışdığı kollektiv, şagirdləri, valideynlər və onu tanıyan hər kəs üçün ağır xəbər olub.
Qeyd edək ki, Fatma Bayramova da ömrünün mühüm bir hissəsini bu məsuliyyətli işə həsr edib. İndi onun rəhbərlik etdiyi məktəbin dəhlizlərində səsi eşidilməyəcək. Müəllimlər, şagirdlər və həmkarları onun yoxluğunu hiss edəcəklər.
Bəzən bir insanın həyatdan getməsi yalnız bir ailənin deyil, bütöv bir kollektivin həyatında böyük boşluq yaradır. Çünki bəzi insanlar tutduqları vəzifə ilə deyil, insanlara münasibəti, əməyinə bağlılığı və qoyduğu izlə yadda qalırlar.
Fatma Bayramovanın vəfatı təhsil ictimaiyyəti üçün də ağır itkidir.

Məkanı cənnət olsun.
Nizami Rəsulov
Denmedia.az

