Zərdabda ailə faciəsi yaşanıb.
Denmedia.az xəbər verir ki, iki uşaq anası 31 yaşlı Zərdab rayon sakini qeysəriyyə əməlyatından sonra beyin iflici keçirərək dünyasını dəyişib.
Belə ki, İyul ayının 16-da Göyçayda qeysəriyyə əməliyyatı olan 31 yaşlı Zərdab rayon sakini Səkinə Yusifova əməliyyat zamanı qarın boşluğu açıldıqda bütün bağırsaqların qarının ön və yan divarına, həmçinin uşaqlığın dibinə sıx bitişmələri müşahidə olunub.Pasiyent 2012-ci ildə ilk dəfə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub. Həmin əməliyyatdan sonra yara bir müddət açıq saxlanılıb və ikincili sağalma ilə bərpa olunub.Bu ilin İyul ayında isə pasiyent qarında köp və ağrıdan şikayət edib. Təzyiq və ürək vurğularının sayı dəqiqədə 160 olması səbəbindən təcili laborator və instrumental müayinələr aparılıb. Sebtyabr ayının 30-da isə pasiyent Respublika Klinik Xəstəxanasına göndərilib. Xəstəxanada həkimlərin səyinə baxmayaraq o dünyasını dəyişib.
Məsələ ilə bağlı Təbib-dən sorğumuza cavab olaraq bildirildi ki, 31 yaşlı qadın ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə gətirilib.Ona çoxocaqlı beyin toxumasının müxtəlif sahələrində iltihabi proseslə müşayiət olunan xəstəlik diaqnozu təyin olunub.Pasiyentə göstərilən müalicə və intensiv terapiya tədbirlərinə baxmayaraq ümumi vəziyyətində müsbət dinamika müşahidə olunmayıb.Tənəffüs funksiyalarının pozulması ilə əlaqədar olaraq pasiyent süni tənəffüs aparatına qoşulub. Növbəti mərhələdə pasiyentdə ağciyər-ürək çatışmazlığı inkişaf edib. Pasiyent aparılan reanimasiya tədbirlərinə cavab verməyib və dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Əlibala Əsgərov
Denmedia.az

