Güclü El-Ninyo iqlim hadisəsinin fəsadları 100 ölkədə 347 milyondan çox uşağa təsir edəcək. Bu barədə UNICEF xəbərdarlıq edib.
Təşkilatın məlumatına görə, 2026-cı ilin oktyabr-dekabr aylarında bu uşaqlar qeyri-adi dərəcədə rütubətli və ya quraq hava şəraiti ilə üzləşəcəklər. Bu isə güclü daşqın və quraqlıq riskini artıracaq.
Hazırda dünyada 1,1 milyard uşaq – dünya üzrə bütün uşaqların demək olar ki, yarısı – eyni vaxtda ən azı üç iqlim təhlükəsinin təsirinə məruz qalır. El-Ninyo isə bu vəziyyəti daha da ağırlaşdıra bilər.
UNICEF-in məlumatına görə, 2016–2023-cü illərdə hava şəraiti ilə bağlı fəlakətlər hər il 20 mindən çox azyaşlının məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olub. El-Ninyonun təsiri ilə belə halların sayının daha da artması ehtimal edilir.
Ən çox risk altında olan uşaqlar Asiya-Sakit okean regionunda – 190 milyon nəfərdir.
Bundan başqa, Şərqi və Cənubi Afrikada 41 milyon, Latın Amerikası və Karib hövzəsində 41 milyon, Avropa və Mərkəzi Asiyada 22 milyon, Yaxın Şərq və Şimali Afrikada 20 milyon, Qərbi və Mərkəzi Afrikada isə 20 milyon uşaq risk altındadır.

