ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İranla münaqişəsi zamanı iki Amerika şəhərinin məhv edilə biləcəyini istisna etməyib.
Nebraska ştatında tərəfdarları qarşısında çıxış edən ABŞ lideri İslam Respublikası üzərində “möhtəşəm qələbəyə” ümid etdiyini bildirib.
“Bu, etdiyimiz hər şeyin düzgünlüyünü təsdiqləyəcək”, – Tramp deyib və münaqişə zamanı İranın Los-Anceles və San-Dieqonu məhv edə biləcəyini də mümkün sayıb.
“Bu, ödəməli olduğumuz çox kiçik bir bədəldir və bütün bunlar tezliklə başa çatacaq”, – prezident bildirib.
Tramp əlavə edib ki, onun qiymətləndirməsinə görə, qarşıdurma “demək olar ki, başa çatıb”.

