Oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında gecə və səhər saatlarında yağışın bir qədər intensivləşəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yağıntılar səhər saatlarından başlayaraq tədricən kəsiləcək.
Azərbaycanın rayonlarında isə oktyabrın 7-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.
Dağlıq ərazilərdə qar yağacağı, gecə və səhər saatlarında isə yağıntıların güclənəcəyi gözlənilir.
Yağıntılı hava şəraiti ilə əlaqədar Böyük və Kiçik Qafqaz, Lənkəran-Astara bölgəsi və Naxçıvan MR-in bəzi çaylarında suyun səviyyəsinin artması, qısamüddətli daşqın və sel keçməsi ehtimalı var.
Bakıda ayrı-ayrı hava proqnozu mənbələrində temperaturun gecə 17–18, gündüz isə 20–21 dərəcə isti olacağı göstərilir.

