Ötən günlərdə çəkilən görüntüsü ilə pərəstişkarlarını narahat edən məşhur müğənni İbrahim Tatlısesin səhhəti ilə bağlı maraq doğuran suallara keçmiş həyat yoldaşı Ayşegül Yıldız cavab verib.
Yıldız Tatlısesin fiziki müalicəsinin davam etdiyini bildirərək sənətçinin bu prosesi böyük əzmlə davam etdirdiyini deyib.
Ayşegül Yıldız keçmiş həyat yoldaşı İbrahim Tatlısesin səhhətindən danışarkən müalicə prosesinin davam etdiyini bildirib.
“İbrahim bəyin fiziki müalicəsi davam edir. Həyatımda gördüyüm və tanıdığım ən əzmkar, ən mübariz insanlardan biridir və həqiqətən çox güclü xarakterə sahibdir. İbrahim bəyi hamınız tanıyırsınız, bilirsiniz. Vallah, çox əzmlə fiziki müalicəsini davam etdirir”, – Yıldız deyib.

İbrahim Tatlısesin hazırkı səhhəti barədə də məlumat verən Ayşegül Yıldız vəziyyətində mənfi dəyişiklik olmadığını bildirib.
“Səhhəti eynidir. Çox şükür, inşallah, daha da yaxşı olacaq”, – Yıldız əlavə edib.

