21 
apr
2024
23:20
2 594

Müəllimlər üçün təşkil edilən təlimlərə maraq artıb - FOTOLAR

21 apr, 2024
23:20
2 594

Müəllimlər üçün təşkil edilən təlimlərə maraq artıb - FOTOLAR

Uşaqların şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır.
Müasir müəllim uşağın potensialını nəzərə almaqla, onu inkişafa istiqamətləndirməyi bacaran fasilitator-bələdçi rolunda çıxış edir.
Uşaqların gələcəkdə sağlam, hərtərəfli şəxsiyyət kimi formalaşması üçün hər zaman mühüm addımlar atılır.Bu baxımdan da uşaq şəxsiyyətini formalaşdıran müəllimlər üçün davamlı təlimlər həyata keçirilir.

"Den.az" xəbər verir ki, müəllimlər üçün növbəti belə təlim "Edu Company" Təhsil Mərkəzinin Xırdalan filialında təşkil edilib.

"Edu Company" Təhsil Mərkəzinin təlimçi-müəllimləri Elgün Əhmədov və Təhminə Hüseynova keçirilən təlimin əhəmiyyəti haqqında qeyd edərək bildiriblər ki, uşağın inkişaf etməkdə olan şəxsiyyətini ictimai mühitin mənfi təsirlərindən qorumaq üçün insanların mədəni-mənəvi kamillik, özünüdərk dərəcəsini və iradəsini yüksəltməyə doğru işlər görülməlidir.

Uşaq şəxsiyyətinin formalaşması, uşaqların mənəvi tərbiyəsi ailədən, məktəbəqədər tərbiyə müəssisələrindən, məktəbdən başlayır, sonralar isə təhsilin yüksək pillələrində möhkəmləndirilir.

Hər bir müəllim bilməlidir ki, hər bir uşaq - fikirləri, hissləri, duyğuları, maraqları və qayğıları ilə özünəməxsus xüsusi bir dünyadır. Müəllim şagirdlərin bu mənəvi dünyasını görməli və bilməlidir.

Valideynlər və müəllimlər uşaqların düzgün tərbiyə almalarına, gələcəkdə cəmiyyətə sağlam düşüncəli vətəndaş kimi inteqrasiya olunmalarına, onların şəxsiyyətlərinin formalaşmasına, milli ruhda böyümələrinə, təhsilə məsuliyyətlə yanaşmalarına birbaşa cavabdehlik daşımalıdırlar. Təqdir olunası haldır ki, son illər sadalananlarla bağlı bir sıra irəliləyişlər müşahidə olunur deyə əlavə edilib.

Sonda təlimdə iştirak edən bütün iştirakçılara  sertifikatlar təqdim olunub.

Şahnaz  Əliyeva
Den.az














Bizimlə əlaqə saxlayın

Çox oxunanlar