18 
fev
2024
22:14
4 301

Sumqayıtda məktəbəqədər tərbiyəçi-müəllimlər üçün təlim keçirilib-FOTOLAR

18 fev, 2024
22:14
4 301

Sumqayıtda məktəbəqədər tərbiyəçi-müəllimlər üçün təlim keçirilib-FOTOLAR

Son illərdə məktəbəqədər təhsil sahəsində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərindən biri də məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və bu sahədə keyfiyyətin yaxşılaşdırılmasıdır. Bu baxımdan da ehtiyaclar əsasında məktəbəqədər təhsil sahəsində tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə davamlı təlimlər keçirilir.

"Den.az" xəbər verir ki, məktəbəqədər tərbiyəçi-müəllimlər üçün növbəti belə təlim "EDU Company" Təhsil Mərkəzinin Sumqayıt filialında keçirilib.Təlimdə Respublikanın müxtəlif məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər iştirak ediblər.

"EDU Company" Təhsil Mərkəzinin təlimçi-müəllimləri Elgün Əhmədov, Təhminə Hüseynova və Röya Güləliyeva keçirilən təlimin əhəmiyyəti haqqında qeyd edərək vurğulayıblar ki, təşkil edilən belə təlimlərin əsas məqsədi tərbiyəçi-müəllimləri məktəbəqədər təhsil barədə müvafiq mövzularda maarifləndirmək və məktəbəqədər müəssisədə sağlam sosial-emosional mühitin formalaşdırılmasından ibarətdir.

Sonda təlimdə iştirak edən tərbiyəçi-müəllimlərə sertifikatlar təqdim olunub.







Şahnaz Əliyeva
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar