mar
2024
15:20
5 869

Eşqi Bağırov: Bağçalarda çalışan tərbiyəçilər üçün bu il sertifikatlaşdırma prosesi keçirilməyəcək.

6 mar, 2024
15:20
5 869

Eşqi Bağırov: Bağçalarda çalışan tərbiyəçilər üçün bu il sertifikatlaşdırma prosesi keçirilməyəcək.

Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər üçün cari ildə sertifikatlaşdırma prosesi keçirilməyəcək.


Den.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov martın 6-da keçirilən brifinqdə deyib.

O bildirib ki, tərbiyəçi-müəllimlər üçün cari ildə yalnız diaqnostik qiymətləndirmə keçiriləcək: “Bu, bütün ölkədə elektron qaydada tətbiq olunacaq. 60 sualdan ibarət olan tapşırıqlar nəzəri, psixoloji suallardan ibarət olacaq. Diaqnostikaya 1 ay qalmış tərbiyəçi-müəllimlərə bu barədə məlumat veriləcək”.


Eşqi Bağırov diqqətə çatdırıb ki, 2025-2026-cı illərdə bağçalarda çalışan 17 minə yaxın  tərbiyəçi-müəllimlərin sertifikatlaşdırma prosesi keçiriləcək.

Şahnaz Əliyeva


Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar