Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq Abşeron rayonunda silsilə tədbirlər keçirilir.
Den.az xəbər verir ki, il çərçivəsində mövsümü olaraq həyata keçirilən ağacəkmə kompaniyasının növbəti mərhələsinə start verilib.
Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, idarə və müəssisələrin kollektivlərinin, Abşeron RİH könüllülərinin, şəhid ailələrinin, müharibə iştirakçılarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi aksiya rayon ərazisindən keçən magistral yolların kənarlarını əhatə edir.
Oktyabrın 18-dən başlanan və cari ayın 28-nə kimi davam edəcək aksiyada ümumilikdə 16500 ədəd ağac və həmişəyaşıl gül kolları əkiləcəkdir. Əkilən ağaclara lazimi aqrotexniki qulluq göstərilir, suvarma şəbəkəsi çəkilir.
Abşeron rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə ağacəkmə aksiyaları keçirilir-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.