“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib.
Den.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə şəkilində keçirilən aksiyalar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə yeni yaradılan “Şəfəq” qəsəbəsində, Bakı Mühəndislik Universitetində, o cümlədən rayon ərazisində fəaliyyət göstərən bağça və ümumtəhsil məktəblərinin həyətyanı sahələrində baş tutub.
Qeyd edək ki, mütəmadi şəkildə keçirilən bu dəfəki tədbirlər çərçivəsində ümumilikdə 1000 ədəd müxtəlif növ ağac əkilib. Aksiyada Abşeron RİH-in, Abşeron-Xızı Regional Təhsil İdarəsinin və təhsil müəssisələrinin rəhbər şəxsləri, şəhid ailələri, müharibə iştirakçıları, Abşeron könüllüləri, şagird və müəllim kollektivləri iştirak edib.
Yeni əkilmiş ağaclara üzvi gübrə verilib, suvarılıb və lazimi aqrotexniki qulluq göstərilib. Bundan əlavə, rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsi tərəfindən ərazilərdə ümumi təmizlik və abadlıq işləri həyata keçirilib.
Məlumat üçün bildirək ki, ekoloji tarazlığın qorunması və yaşıllıq zolaqlarının artırılması məqsədilə rayon ərazisində yeni ağacların əkilməsi istiqamətində görülən tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib-FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.