24 
apr
2024
17:55
887

Masazır kənd 2 nömrəli tam orta məktəbin şagirdləri "Yaşıl dünya həmrəylik ili" çərçivəsində bilik yarışı təşkil edib-VİDEO

24 apr, 2024
17:55
887

Masazır kənd 2 nömrəli tam orta məktəbin şagirdləri "Yaşıl dünya həmrəylik ili" çərçivəsində bilik yarışı təşkil edib-VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
 
Bu baxımdan da ölkə üzrə ümumitəhsil müəssisələrində müxtəlif aksiyalar, maarifləndirmə tədbirləri və müxtəlif maraqlı layihələr həyata keçirilir.
 
"Den.az" xəbər verir ki, növbəti belə maraqlı layihə Abşeron-Xızı Regional Təhsil İdarəsinin  tabeliyində fəaliyyət göstərən Masazır kənd 2 nömrəli tam orta məktəbdə həyata keçirilib.Belə ki, "Yaşıl dünya həmrəylik ili" çərçivəsində məktəbin 6-cı sinif şagirdlərinin iştirakı ilə Təbiət fənnindən bilik yarışı təşkil edilib.

Yarışda 4 komanda- 6a, 6b, 6c, 6ç sinif şagirdləri iştirak ediblər.Yarış zamanı uşaqlara həm yazılı, həm də şifahi formada suallar təqdim olunub.
Şagirdlər sulları cavablandırıb və sonda 6c təbiət konadası qalib elan edilib.

Tədbirdə sözügedən məktəbin direktoru Mehparə Əhmədova çıxış edərək dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açıb.Bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb. Vurğulanıb ki, bu Sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Digər tərəfdən ölkəmizdə 2024-cü il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizə və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyinə bir çağırışdır.

 
Şahnaz   Əliyeva 
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar