Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq Dənizkənarı Bulvar ərazisində , iməclik və ağacəkmə aksiyası keçirilib.
"Den.az" xəbər verir ki, ümumşəhər tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və təhkilat rəhbərləri , KİV və ictimaiyət nümayəndləri iştirak ediblər.
Zakir Fərəcov və digər tədbir iştirakçıları Bulvar ərazisində ağac əkiblər.
Şəhər rəhbəri , iqlim dəyişmələrinin dünyanı narahat edən qlobal problemlərdən birinə çevrildiyini, ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyini qeyd edib. 2024-cü ilin Prezident İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu bildirən icra hakimiyyəti başçısı bu il çərçivəsində ötən müddət ərzində Tədbirlər Planına uyğun olaraq Sumqayıtda xeyli iş görüldüyünü bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamda Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyi qeyd olunur.
Bildirilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və digər tədbir iştirakçıları Bulvar ərazisi gəzdilər. Şəhər rəhbərinə Bulvar ərazisində görülən işlərlə bağlı ətraflı məlumat verildi. Bildirildi ki, bu gün təşkil edilən tədbirdə 10 min Zeytun ağacı və 20 min qızıl gül əkilib. Ümumilikdə isə son bir il ərzində Bulvar ərazisində 23500 kvm qazon örtüyü vurulub, 25000 qızıl gül, 4000 min ədəd dekorativ ağac əkilib.
Xüsusi ilə vurğulayaq ki, “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Sumqayıtda AKSİYA: Zakir Fərəcov Bulvar ərazisində ağac əkdi-FOTO/VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.