may
2024
17:47
621

Sumqayıtda “101 ədəd” aksiyası-VİDEO

8 may, 2024
17:47
621

Sumqayıtda “101 ədəd” aksiyası-VİDEO

Sumqayıt şəhərində Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.
 
"Den.az" xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları, məktəb direktorları və şagirdlər iştirak ediblər.
 
Aksiya çərçivəsində Sumqayıt Bulvarı ərazisində 101 ədəd zeytun və müxtəlif növ ağac əkilib. Ərazidə abadlıq işləri aparılaraq, yeni əkilən tinglər suvarılıb və digər ağaclara da aqrotexniki qulluq göstərilib.
 
Ağacəkmə aksiyasında iştirak edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov keçirilən aksiyanın əhəmiyyəti haqqında qeyd edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekoloji vəziyyətin qorunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirilib.Elə bunun nəticəsi olaraq bu gündə bu ənənə qorunub saxlanılmaqdadır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
 
Xüsusiylə vurğulayaq ki, Azərbaycan təbiətinin böyük hamisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan tədbirlərdə Sumqayıt şəhəri ərazisində yerli iqlimə uyğun olaraq müxtəlif növ gül və ağacların əkilməsi davam edir.

 
Şahnaz Əliyeva
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar