Vatsap messenceri tanımadığı şəxslərə göndərilən mesajların sayına aylıq limit tətbiq edən yeni sistemi test etməyə başlayıb.
DenMedia.az xəbər verir ki, məqsəd spam mesajların sayını azaltmaqdır.
Yeniliyin həm şəxsi istifadəçilərə, həm də biznes hesablarına aid olduğu bildirilir. Yeni sistemə əsasən, istifadəçilər tanımadıqları şəxslərə yalnız müəyyən sayda mesaj göndərə biləcəklər və əgər cavab almazlarsa, limitə çatdıqda göndəriş dayandırılacaq.
Şirkətin açıqlamasına görə, adi istifadəçilər bu məhdudiyyətləri hiss etməməlidirlər. Hesab limitə yaxınlaşdıqda isə istifadəçiyə xəbərdarlıq bildirişi göndəriləcək.
Hazırda Vatsapda dəqiq limit sayını açıqlamayıb, müxtəlif məhdudiyyət modelləri test edilir. Yeni sistemin yaxın həftələrdə bir neçə ölkədə sınaqdan keçiriləcəyi bildirilir.(axsam.az)