Azərbaycanda bəzi vəkillərin sosial şəbəkələrdə etik normalara uyğun olmayan davranışlar sərgiləməsi narahatlıq doğurur.
DenMedia.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
Onun sözlərinə görə, vəkillik cəmiyyətdə konstitusion hüquqların müdafiəsini təmin edən mühüm peşədir və bu sahədə fəaliyyət göstərən hər kəs daha məsuliyyətli davranmalıdır. Anar Bağırov vurğulayıb ki, bəzi vəkillərin sosial mediada paylaşdıqları məzmun cəmiyyətdə vəkillik institutu haqqında mənfi rəy formalaşdırır.
“Bu məni ciddi şəkildə narahat edir. Çünki bu cür paylaşımlar təkcə bir vəkilə yox, bütün vəkillərin imicinə zərər vurur. Hər birimiz bunun üzərində düşünməli və müvafiq addımlar atmalıyıq”, — deyə o qeyd edib.

