Bratislava və Bakı arasında birbaşa aviareyslər 2026-cı ilin oktyabrından başlayacaq.
Bunu Slovakiya Milli Şurasının sədri Rixard Raşi Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə mətbuat bəyanatında bildirib.
Sahibə Qafarova qeyd edib ki, bu addım iki ölkə arasında əməkdaşlıq potensialını daha da genişləndirəcək.
Rixard Raşi isə prosesə dəstək məqsədilə xüsusi turizm bürosunun yaradılacağını vurğulayıb:
Bu büro sayəsində Bakı slovakiyalı turistlər üçün daha cəlbedici olacaq. Eyni zamanda Bakıdan olan turistlər və sahibkarlar Bratislavaya daha böyük maraq göstərəcəklər.

