Luvrda baş vermiş qarətdən sonra ziyarətçilərin təxliyəsi zamanı muzeydə təşviş yaranıb.
Denmedia.az xəbər verir ki, bu barədə Le Parisien nəşri məlumat yayıb.
Ziyarətçilər nəzarətsiz şəkildə qaçmağa başlayıb, binadan çıxmaq üçün bağlı şüşə qapılara döyüblər.
“Hamı qaçırdı və çıxmaq üçün şüşə qapılara döyürdü, amma nəticə vermədi. Polis və jandarmeriya hadisə yerinə gəldi,” – deyə muzeyin ziyarətçilərindən biri jurnalistlərə bildirib.