“Rusiya digər bölgələrdə uğursuzluqlara düçar olduqdan sonra strategiyasını dəyişir. Moskvanın növbəti hədəfi gələn il seçkilərin keçiriləcəyi Ermənistan ola bilər”.
DenMedia.az xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu deyib.
Sandu iddia edir ki, Rusiya Ermənistanda hakimiyyəti ələ keçirməyə çalışacaq. Bundan əlavə, Moldova lideri qeyd edib ki, Rumıniya, Fransa və Almaniya kimi ölkələrdə Rusiya fərqli şəkildə fəaliyyət göstərir. Belə ki, təbliğat və dezinformasiya vasitəsilə iş aparır ki, bu da adi vətəndaşlara asan təsir edir.

