Metro nəşrinin məlumatına görə, futbolçu Devid Bekhemin həyat yoldaşı Viktoriya Bekhem ərinin rəsmi olaraq rütsar elan edilməsindən sonra “Ledi Bekhem” titulunu qəbul etmək qərarına gəlib.
“Sən çox şeyə nail oldun, amma hələ də mənim 30 il əvvəl tanıdığım eyni mehriban, təvazökar və çalışqan insansan. Sən ən heyrətamiz ər və atasan. Bu gün səninlə bu qədər qürur duyduğum başqa bir an olmayıb,” — deyə Viktoriya ərinin rütsar elan olunmasından sonra bildirib.
Futbolçu idman və xeyriyyəçilik sahəsində xidmətlərinə görə mükafatlandırılıb və indi “ser Devid Bekhem” adını daşıyacaq.

