“Championat” nəşrinin məlumatına görə, Böyük Britaniya kralı III Karl İngiltərə yığmasının keçmiş futbolçusu David Beckhemi rəsmi olaraq cəngavərlik titulu ilə təltif edib.
Futbolçu karyerasının böyük hissəsini “Mançester Yunayted” klubunda keçirib. O, komanda ilə birlikdə 6 dəfə İngiltərə Premyer Liqasının, 2 dəfə ölkə kubokunun qalibi olub. 1999-cu ildə “Mançester Yunayted” Çempionlar Liqasını qazanıb.
2003-cü ildə Bekhem Madrid “Real”ına keçib və orada da çempionluq titulu əldə edib. Dörd il sonra, İspaniyadan ayrılaraq, ABŞ-da MLS liqasına transfer olunub.
David və Viktoriya Beckhem 1999-cu ildən evlidirlər. Cütlük üç oğul və bir qız övlad böyüdür.

