ABŞ-ın CNN kanalının məlumatına görə, Corciya ştatının Ali Məhkəməsi prezident Donald Trampa qarşı qaldırılmış son cinayət işini də bağlayıb. Söhbət 2020-ci il seçkilərinə müdaxilə cəhdi ilə bağlı ittihamlardan gedir.
İttiham tərəfinin prosektoru Piter Skandalakis qərarın hüquqi səbəblərini belə izah edib:
“Bu qədər mürəkkəb hüquqi məsələləri nəzərə alsaq, bütün arqumentlərin ştatın xeyrinə həll olunması halında belə, işin münsiflər heyətinə 2029, 2030, hətta 2031-ci ildə çıxarılması belə böyük uğur olardı.”
Skandalakis qeyd edib ki, nəzəri cəhətdən, Trampın işi hələ nəticələnməsə də, 2020-ci il seçkiləri ilə bağlı saxlanılan digər şəxsləri mühakimə etməyə başlamaq mümkün idi. Lakin onun sözlərinə görə, bu yanaşma həm uyğunsuz, həm də ştat üçün həddindən artıq baha başa gələcək.

