Gürcüstanda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş rəhbəri Qriqol Liluaşvili saxlanılıb.
Bu barədə ölkənin baş prokuroru Giorgi Qvarakidze brifinqdə məlumat verib.
Baş prokurorun sözlərinə görə, Liluaşvili əvvəlcə prokurorluğa dindirilmək üçün gətirilib, istintaq hərəkətləri aparıldıqdan sonra isə onun barəsində həbs qərarı verilib.
İstintaq keçmiş DTX rəhbərinə bir neçə epizod üzrə ittiham irəli sürür. Onların sırasında rüşvət alma və eləcə də “kol-mərkəzlər” kimi tanınan qanunsuz fəaliyyətlə əlaqə yer alır.
Liluaşvilinin təqsiri sübuta yetirilərsə, onu 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

