Amerikalı milyarder Uorren Baffet 31 dekabr tarixində Berkshire Hathaway investisiya konqlomeratının baş icraçı direktoru vəzifəsindən ayrılır. O, bu vəzifəni 60 il ərzində icra edib.
“Böyüklük nəhəng sərvət toplamaq, geniş şöhrət qazanmaq və ya hökumətdə böyük gücə sahib olmaq yolu ilə əldə edilmir. Siz kiməsə minlərlə yoldan hər hansı biri ilə kömək etdikdə, dünyaya kömək etmiş olursunuz. Xeyirxahlıq heç nəyə başa gəlmir, amma eyni zamanda ölçüyəgəlməz dəyərə malikdir”, — deyə Baffet vida müraciətində bildirib.
Baffet bu qərarını hələ 2025-ci ilin may ayında açıqlamışdı.
Qeyd edək ki, noyabr ayında onun 1,3 milyard dolları xeyriyyə məqsədlərinə bağışlamaq niyyətində olduğu barədə məlumat yayılmışdı.

