Milyarder İlon Mask ötən il ABŞ prezidenti Donald Tramp ilə yaşadığı açıq münaqişədən sonra onun və ABŞ-ın birinci xanımı Melaniya Tramp ilə birlikdə şam edib. İş adamı görüşdən görüntüləri X sosial şəbəkəsində paylaşıb.
Şam yeməyi ötən həftəsonu baş tutub. Mask paylaşımını “2026-cı il möhtəşəm olacaq!” sözləri ilə şərh edib. Paylaşılan, sanki gizlicə çəkilmiş fotoda o, ABŞ prezidenti və birinci xanımla eyni masa arxasında əyləşib.
Ehtimala görə, görüş Trampın hazırda olduğu Mar-a-Lago malikanəsində baş tutub.

