ABŞ prezidenti Donald Trump bildirib ki, The New York Times onun fəaliyyəti ilə bağlı məlumatları qəsdən təhrif edir və ictimaiyyətə yanlış xəbərlər təqdim edir.
“The New York Times mənim fəaliyyətimi bilərəkdən təhrif edir. Tezliklə bu fırıldaqçılara qarşı məhkəmədə necə çıxış edəcəyimi görəcəksiniz! Yalan xəbərlər”, — deyə Tramp Truth Social sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, ABŞ prezidenti daha əvvəl The New York Times qəzetinə qarşı 15 milyard dollar məbləğində iddia qaldırıb. O, nəşri 2024-cü il prezident seçkiləri zamanı rəqibi, həmin dövrdə vitse-prezident olan Kamala Harrisi açıq şəkildə dəstəkləməkdə, eləcə də özünə, ailə üzvlərinə və yaxın çevrəsinə qarşı böhtan yaymaqda ittiham edib.

