Meksikada kartel lideri “El Menço”nun mümkün zərərsizləşdirilməsi xəbərlərindən sonra beş ştatı əhatə edən iğtişaş dalğası başlayıb. Bu barədə Milenio nəşri yazır.
Cinayətkar qruplar əsas magistralları bağlayır, avtomobilləri yandırır və ölkənin strateji bölgələrində nəqliyyatı iflic vəziyyətinə salırlar.
İğtişaşların episentri Xalisko ştatıdır. Mətbuatın məlumatına görə, burada ordu xüsusi əməliyyat keçirib. Qvadalaxara şəhərində dairəvi yol və mərkəzi magistrallarda avtomobillər alovlanıb. Zorakılıq ocaqları həmçinin kurort şəhəri Puerto-Valyartada və qonşu Miçoakan, Quanaxuato, Nayarit və Tamaulipas ştatlarında qeydə alınıb.
“Yollar bağlanır, nəqliyyat yandırılır və regionlarda hərəkət iflic olur.”
Hakimiyyət gücləndirilmiş təhlükəsizlik protokolları tətbiq edib. Nəşr bildirir ki, narkobaronun ölümü barədə məlumatı jurnalistlərə yüksək səviyyəli hökumət rəsmiləri təsdiqləyib. Lakin federal hökumət hələlik rəsmi bəyanat yaymayıb.

