Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.
Den.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, zəlzələ Akala şəhərindən 28 kilometr cənub-qərbdə baş verib.
Yeraltı təkanın ocağı 269 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.