Hərbi ekspert, ehtiyatda olan birinci dərəcəli kapitan Vasili Dandıkın “Lenta.ru”ya bildirib ki, ABŞ İranın hərbi-texniki potensialını düzgün qiymətləndirməyib və ölkədə bu qədər yüksək texnologiyalı raketlərin mövcudluğunu nəzərə almayıb.
Onun sözlərinə görə, İranın arsenalında manevr edən raketlər var ki, onlar uçuşun son mərhələsində yüksək sürətlə istiqamət dəyişərək hava hücumundan müdafiə sistemlərini çaşdırır.
“Köhnə raketlər bir trayektoriya üzrə uçur və onları vurmaq daha asandır. Lakin manevr edən raketlər sistemləri çaşdırır,” – deyə Vasili Dandıkın “Lenta.ru”ya izah edib.
Ekspert əlavə edib ki, İran həmçinin hipersəs raketlərinə də malikdir və onları zərərsizləşdirmək olduqca çətindir. Onun fikrincə, bu texnologiyaların təsiri artıq İsrail və ABŞ bazaları tərəfindən hiss olunub.
“ABŞ ümumiyyətlə İranın bu cür texnologiyalara və uzun mənzilli raketlərə sahib olduğunu gözləmirdi. Təsadüfi deyil ki, Donald Tramp artıq atəşkəsdən danışmağa başlayıb,” – deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, İranın istifadə etdiyi texnologiyalar hətta bir çox inkişaf etmiş dövlətlər üçün belə əlçatan deyil.

