Yaxın həftələrdə rus döyüşçüləri Kursk vilayətini çox çətin döyüşlərlə azad etmək vəzifəsini həll etməli olacaqlar, çünki Ukrayna bütün ehtiyatlarını ora yığıb.
Den.az "News.ru"ya istinadən xəbər verir ki, bunu hərbi ekspert Vasili Dandıkin bildirib.
"Düşmən indi ora ehtiyatlarını, o cümlədən xüsusi əməliyyat qüvvələrini yerləşdirir. Hər şey əlindədir", - Dandıkin qeyd edib.
Onun sözlərinə görə, rus dəniz piyadaları və desantlarına Ukrayna Silahlı Qüvvələrinin təchizatı və daşınması üçün istifadə etdiyi Sumı-Kursk avtomobil yolunu bağlamaq tapşırılıb.
"Döyüşlər çətin olacaq. Amma fakt odur ki, Kursk vilayətinin bu hissəsinin işğalına son qoymağa gücümüz çatacaq", - deyən Dandıkin müsbət xəbərlərin gözlənildiyini bildirib.
Günəş Fərəh
Den.az
"Düşmən indi ora ehtiyatlarını və xüsusi əməliyyat qüvvələrini yerləşdirir" - Dandıkin

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.