ABŞ-nin keçmiş prezidenti Barak Obama sonradan təkzib olunan “Rusiya izi” nəzəriyyəsinin yaradılmasında ittiham edilib. Bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin yaydığı məlumatda bildirilir. Söhbət hazırkı ABŞ prezidenti Donald Trampla Rusiyanın guya əlaqələrinin olması barədə iddialardan gedir. Rusiya ilə bağlı saxtakarlıqların yaradılmasına rəhbərlik edən şəxs, — deyə qurum Obamanın müsahibəsindən paylaşılan fraqmentə cavab olaraq bildirib. Yayımlanan videoda Barak Obama qeyd edib ki, Ağ ev ABŞ prezidentinin göstərişi ilə Ədliyyə Nazirliyini insanları təqib etməyə yönləndirməməlidir. Milli Kəşfiyyat İdarəsi paylaşımına 2025-ci ilə aid hesabat da əlavə edib. Həmin sənəddə Obamanın guya “Rusiya izi” işi üçün əsas olmuş saxta hesabatın hazırlanmasına göstəriş verdiyini təsdiqləyən “yeni sübutların” yer aldığı iddia olunur.
Barak Obama barədə sensasion iddia ortaya atıldı
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

