BMT-nin baş katibi Antonio Quterreş Hörmüz boğazında İran və ABŞ arasında atışma ilə bağlı xəbərlərdən narahatlığını ifadə edib.
Bu barədə onun mətbuat katibi Stefan Düjarrik açıqlama verib.
Bu, gərginliyin azaldılması üçün kritik məqamdır və bütün tərəfləri vəziyyətin daha da eskalasiyasının qarşısını almaq üçün maksimum təmkin göstərməyə çağırırıq, — deyə Düjarrik bildirib.
Antonio Quterreş tərəfləri həmçinin mövcud diplomatik səyləri zəiflədə və ya qarşıdurmanı yenidən alovlandıra biləcək addımlardan çəkinməyə çağırıb.

