ABŞ dövlət katibi Marco Rubio Yəməndə gərginliyin artması ilə bağlı narahatlığını ifadə edib və tərəfləri təmkinli olmağa, vəziyyətin nizamlanması üçün diplomatik səyləri gücləndirməyə çağırıb.
“Birləşmiş Ştatlar Yəmənin cənub-şərqində baş verən son hadisələrdən narahatdır. Biz təmkinə və dayanıqlı nizamlanmaya nail olmaq məqsədilə diplomatik səylərin davam etdirilməsinə çağırırıq”, — deyə Rubio ABŞ Dövlət Departamentinin rəsmi saytında dərc olunan bəyanatında bildirib.
Dövlət katibi Vaşinqtonun Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə “diplomatik liderliyə görə” minnətdar olduğunu qeyd edib. O, həmçinin vurğulayıb ki, ABŞ təhlükəsizlik sahəsində ortaq maraqların irəlilədilməsinə yönələn bütün səyləri dəstəkləməkdə davam edir.

