Səudiyyə Ərəbistanında həcc ziyarəti zamanı 4 Rusiya vətəndaşı vəfat edib. Bunu RİA Novostiyə Rusiya Müsəlmanları Ruhani İdarəsinin beynəlxalq məsələlər və həcc üzrə sədr müavini, müfti Ruşan Abbyasov bildirib.
O əlavə edib ki, ümumilikdə bu il Məkkədə müqəddəs yerlərə ziyarət təşkilati baxımdan qaydasında keçir.
“Həccin əsas ayinləri başlamazdan əvvəl 4 rusiyalı zəvvar səhhəti ilə əlaqədar dünyasını dəyişib. Uca Allah onlara rəhmət etsin və yaxşı əməllərini qəbul etsin. Ümumilikdə isə bu il həcc təşkilatlı və rahat şəkildə keçir”, deyə Abbyasov bildirib.

