ABŞ-İran danışıqları fonunda İsrailin casusluq fəaliyyətinin güclənməsi kritik, hətta “qeyri-adekvat” səviyyəyə çatıb. Bu barədə The New York Times ABŞ rəsmilərinə istinadən yazıb.
Nəşrin məlumatına görə, Vaşinqton uzun müddətdir qarşılıqlı casusluqdan xəbərdar olub və buna dözüb. Lakin indi Təl-Əvivin addımları sərhədi keçib.
Məqalədə qeyd olunub:
“İsrail və ABŞ uzun müddətdir hər iki tərəfin bir-birini izlədiyini bilib və buna dözüb. Lakin bəzi amerikalı rəsmilərin fikrincə, İsrailin İranla danışıqlarda ABŞ-ın mövqeyini öyrənmək üçün səylərini artırması sərhədi keçib”.
ABŞ kəşfiyyatının hesabatlarında bildirilir ki, İsrail prezidentin xüsusi elçisi Stiv Uitkoffun və Pentaqon rəhbərinin müavini Elbric Kolbinin telefon danışıqlarını dinləyir.
Son həftələrdə İsrail tərəfindən əks-kəşfiyyat təhlükəsinin səviyyəsi kritik həddə yüksəlib.

