İsrail xəstəxanalarına İran zərbələri fonunda fəaliyyətlərini yeraltı mərtəbələrə keçirmək barədə göstəriş verilib.
Bu barədə İsrail Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib.
Məlumata görə, xəstəxanalara bu göstəriş ölkədəki təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsindən sonra verilib.
“Hospitalizasiya idarəsinin iclası və vəziyyətin qiymətləndirilməsinin nəticələrinə əsasən, Səhiyyə Nazirliyinin baş direktoru xəstəxanaların fövqəladə təlimatlara uyğun fəaliyyət göstərməsi barədə göstəriş verib”, — deyə məlumatda qeyd olunub.
İyunun 7-si axşam saatlarında İsrail hərbçiləri İran ərazisindən raketlərin buraxıldığını qeydə alıblar. “Times of Israel” yazır ki, bu, aprelin 8-də atəşkəs rejimi qüvvəyə mindikdən sonra Tehranın İsrailə ilk hücumudur.

